Dövlət Xidməti monitorinqləri davam etdirir

Dövlət Xidməti monitorinqləri davam etdirir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Sabunçu rayonunda

- Maştağa qəsəbəsində Bəxtiyar Rzayevə, Əhəd İbrahimova, Hüseyn Əzizova, Səfərəli Hüseynova, Azər Cəbiyevə məxsus mağazalarda və \"Savalan market\"də;


Binəqədi rayonunda

- Y.Hüseynov küçəsi, ev 87 ünvanında Qoşqar Qurbanova məxsus mağazada;

- Naxçıvani küçəsi, ev 29 ünvanında Zaur Əliyevə məxsus mağazada;

- Binəqədi şosesi, ev 185 ünvanında yerləşən \"Murad market\"də;

- S.Məmmədova küçəsi, ev 7B ünvanında Nərminə Qurbanovaya məxsus mağazada;

- S.S.Axundov küçəsi, ev 3A ünvanında yerləşən \"Aqşin market\"də;

- 7 mikrorayon, 7/19saylı binanın qarşısında Əsəd Qəhrəmanova məxsus mağazada;


Daşkəsən şəhərində:

- T.İsmayılov küçəsində Tural Hüseynova məxsus mağazada;


Qax şəhərində:

- Qaxbaş kəndində Ruslan İsmayılova məxsus mağazada;


Tərtər rayonunda:

- E.Hüseynov küçəsində Sevda Məmmədovaya məxsus mağazada;


Gədəbəy şəhərində:

- S.Vurğun küçəsində Ramiz İbrahimova məxsus mağazada


ümumi çəkisi 470 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə