Yeni tədris ilinə hazırlıqla bağlı təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri müzakirə olunub
Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin bütün regionlarında olduğu kimi, paytaxt Bakıda və ətraf qəsəbələrdə də abadlıq-quruculuq işlərinin sürətlənməsinə, sosial xidmətlərin həcminin artmasına və keyfiyyətinin daha da yaxşılaşmasına təkan verib. SİA-nın xəbərinə görə, bu sahədə işlərin kompleks şəkildə davam etdirilməsi və sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\" təsdiq edilib. Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb.
\"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\"nın əsas məqsədlərindən biri də müasir sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikilməsi və ya beynəlxalq standartlara uyğun yenidən qurulmasıdır. Hazırda Bakıda və onun qəsəbələrində 110-dan çox məktəb və məktəbəqədər təhsil müəssisələrində tikinti, bərpa və təmir işləri aparılır. Yeni tədris ilinə hazırlıqla əlaqədar İqtisadi İnkişaf Nazirliyində yaradılmış monitorinq qrupları tərəfindən bu müəssisələrdə monitorinqlər keçirilir, nəticələr təhlil olunur, işlərin gedişini əks etdirən fotoşəkillər nazirliyin saytında yerləşdirilir. Bu ilin iyul və avqust aylarında keçirilmiş monitorinqlər zamanı müəyyən olunmuş problemlərlərin vaxtında həll edilməsi məqsədilə əlaqədar icraçı qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB