Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bank 1 sentyabr 2011-ci il üçün valyuta ehtiyatlarını açıqlayıb. SİA-nın Mərkəzi Bankın rəsmi saytına istinadən verdiyi məlumata görə, bankın valyuta ehtiyatı ötən aya nisbətən artaraq 7 mlrd 114,2 mln dollar olub. Xatırladaq ki, bu rəqəm 1 avqust tarixində 7 mlrd 073,8 mln dollar idi. Müvafiq olaraq, onu da xatırladaq ki, avqustun əvvəlindən bu yana valyuta ehtiyatı 0,57%, ilin əvvəlinə nisbətən 11,02 %, il ərzində isə 20,58 % artıb. İndi isə bundan əvvəlki ayların valyuta ehtiyatlarını nəzərinizə çatdırırıq:

31.07.2011 7073.8

30.06.2011 6947.5

31.05.2011 6898.8

31.03.2011 6718.4

28.02.2011 6705.2

31.01.2011 6566.9

Bütün xəbərlər Facebook səhifəmizdə