Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

01 sentyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın 50103430S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 15 000 000 manat, hərraca çıxarılan həcmi –10 000 000, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA-nın xəbərinə görə, hərracda 3 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği6 916 600 manat təşkil edib

Sifarişlər 99.8500% (gəlirlik 2.00%) və 99.7825% (gəlirlik 2.91%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.8278% (gəlirlik 2.30%), orta ölçülmüş qiyməti – 99.8347% (gəlirlik 2.21%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 2906 700 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 28 sentyabr 2011-ci ildir.

Notların mülkiyyət hüquqlarının uçotu BFB-in depozitarisində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə