Ramiz Rzayev: “Sentyabrda Hibrid Elektrik Stansiyasının tikintisi başa çatacaq” - AÇIQLAMA

Ramiz Rzayev: “Sentyabrda Hibrid Elektrik Stansiyasının tikintisi başa çatacaq” - AÇIQLAMA

Artıq quru ərazilərdə enerji qurğularının quraşdırılması üzrə pilot layihələri həyata keçirilməsinə başlanılıb. SİA-nın xəbərinə görə, Sənayə və Energetika Nazirliyinin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev jurnalistlərə veridyi açıqlamasında bildirib ki, Yaşma ərazisində iki, hər birinin gücü 850 kv və hündürlüyü 52 metr olan külək elektrik qurğusu quraşdırılıb.

Onun sözlərinə görə, hazırda orada elektrik enerjisi istehsal olunur və ümumi enerji sisteminə ötürülür. Eyni zamanda, həmin ərazidə 550 kv-lıq qurğunun quraşdırıldığını deyən R.Rzayev bildirib ki, bu da treninq məqsədi daşıyır və orada mütəxəsislər təlim keçirlər: "Bundan başqa, alternativ və bərpa olunan enrji üzrə Dövlət Agentliyi tərəfindən Qobustanda Hibrid Elektrik Stansiyasının tikintisi başlayıb və yaxın gələckdə tamamlanacaq. Burada həm külək elektrik qurğuları, həm günəş qurğularının, həm də digər kütlədən elektrik enerjisinin istehsalı birgə həyata keçiriləcək. Sentyabrda tikinti işləri tamamlanacaq və ondan sonra sınaq işlərinə başlanacaq. Bu bir poliqondur və buradan pilot layihələr, öyrənmə məsələləri həyata keçirilir. Yeni stansiya 5,5 meqavatt gücündə olacaq.

Artıq Azərbaycanda kiçik külək qurğularıının müxtəlif təsərüffatlarda qurulmasına başlayıb, eyni zamnada günəş enerjisindən isti su təhcizatı məsələrində də istifadə olunması istiqamətində kiçik layihələrin həyata keçirilməsinə başlanıb".

Dənizdə belə qurğuların quraşdırılması məsələsinə gəlincə isə R. Rzayev vurğulayıb ki, hər bir layihə konkret heasablanmalara əsaslanmalıdır: "Təbii ki, hər hansı bir layihəni həyata keçirmək üçün ilkin riyazi hesablamalarla yanaşı, konkret köçürmələrin həyata keçirilməsi mümkün olacaq. Güman edirik ki, qarşıdakı illərdə bunun həyata keçirilməsi mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə