Xalik Məmmədov: “Dövlət Neft Şirkətinin iki dəfə təqaüdünü alan tələbələr işə imtahansız götürüləcək” - AÇIQLAMA
Hal-hazırda dünyanın bir çox yerində, o cümlədən də, Azərbaycanda bir çox müəssisələrdə işə qəbul imtahanla və elektron ərizə formasındadır. Artıq ARDNŞ da bu sistemə keçir. SİA-nın məlumatına görə, bu sözləri ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezident Xalik Məmmədov deyib. Onun sözlərinə görə, artıq şirkətdə bu yöndə işlər sürətlə davam etdirilir və sentyabrın birindən etibarən bu sistem işləməyə başlayacaq: "Hamımız şirkətdə işə qəbul qaydasının yeni formatı ilə tanış olduq və mən inanıram ki, yeni yaradılan sistemlə biz boş sahələrə layiqli namizədləri seçə biləcəyik. Bundan əlavə mən qeyd etmək istəyirəm ki, budan sonra şirkətdə işə qəbul test üsulu ilə olacaq və bu yöndə də işlər davam etdirilir".
Daha sonra vitse-prezident onu da qeyd etdi ki, kadr ehtiyatı bazasının yaradılmasında TQDK ilə əməkdaşlıq gündəmdədir və yalnız vakansiyalar, namizədlər və suallar hazır olandan sonra bu əməkdaşlıq baş tutacaq.
X.Məmmədov imtahanla işə götürülmələrdə istisnaların ola biləcəyini dedi: "İşə götürmədə bundan sonra bəzi hallarda imtahan götürülmədən də işə qəbul ola bilər bu yalnız şirkətin iki dəfə təqaüdünə layiq görülmüş tələbələrinə, şirkətin xaricdə oxutdurduğu tələbələrə və əvvəl şirkətdə işləmiş və hərbi xidmətə çağırılanlar ola bilər. Həmin insanlar da hərbi xidmətlərin başa vurduqdan sonra müraciət edib imtahansız işə qəbul ola bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB