ARDNŞ-nin Ekologiya İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına həsr edilmiş müşavirə keçirilib

ARDNŞ-nin Ekologiya İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına həsr edilmiş müşavirə keçirilib
Bu günlərdə ARDNŞ-nin Ekologiya İdarəsində keçirilmiş əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələlərinə həsr edilmiş müşavirədə idarənin struktur bölmə rəhbərləri və aidiyyati mühəndis texniki işçilər iştirak ediblər. SİA-nın xəbərinə görə, müşavirəni giriş sözü ilə idarənin baş mühəndisi Yaqub Ağasiyev açaraq, istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması və onların başvermə səbəblərindən söhbət açıb, əmək şəraitinin yaxşılaşdırılması, bütün istehsalat sahələrində yanğın və siqnalizasiya sistemlərinin, fərdi və kollektiv xilasetmə vasitələrinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı görülmüş işlər barədə danışmışdır. Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası və Beynəlxalq İdarəetmə Sistemlərinin Tətbiqi şöbəsinin rəisi Rauf Kəsəmənli 2011-ci ilin əvvəlindən bu günə qədər struktur bölmələrdə təhlükəsizlik norma və qaydaları üzrə aşkar edilmiş pozuntular barədə məruzə edərək, risklərin qiymətləndirilməsi, idarə olunması və önləyici tədbirlərin həyata keçirilməsi barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Müşavirədə qeyd edilib ki, bu kimi pozuntuların təkrarlanmaması üçün təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət gücləndirilməli, işçi heyət mütləq təlimatlandırılmalı, təhlükəli iş sahələrində risklər öncədən qiymətləndirilməli, bütün işçilərin qoruyucu və fərdi mühafizə vasitələrindən normalara uyğun şəkildə istifadə etmələri tam təmin olunmalı, sağlam əmək şəraitinin yaradılması istiqamətində maneçilik törədə biləcək bütün zərərli amillər əvvəlcədən müəyyən olunmalı və mütəmadi olaraq aradan qaldırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə