ARDNŞ “BP-Azərbaycan” şirkətinin Sərəncədə Təhlükəli Tullantıların İdarə Edilməsi sahəsinə baxış keçirib
Bu günlərdə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadənin rəhbərliyi ilə "BP-Azərbaycan" şirkətinin Sərəncədə yerləşən Tullantıların idarə edilməsi sahəsində aparılan işlərə baxış keçirilib. SİA-nın xəbərinə görə, ARDNŞ-nin vitse-prezidentinə bildirilib ki, Sərəncə poliqonunda "BP-Azərbaycan" şirkətinin operator olduğu layihələrin icrası zamanı formalaşan qazma şlamlarının ətraf mühitə ziyan vermədən idarə olunması həyata keçirilir. Baxış zamanı BP şirkətin mütəxəssisləri tərəfindən prosesin gedişi haqda ətraflı məlumat verilib, bu sahədə istifadə edilən texnologiyalar nümayiş etdirilib. Istehsalat tullantılarının çeşidlənməsi, daşınması, saxlanması, qazma şlamının saxlanması üçün tutumlar, termodesorbsiya qurğusu, bioremediasiya sahəsi haqda məlumat verilmiş, bütün işlərin ekoloji tələblərə uyğun şəkildə aparıldığı vurğulanıb. Mərkəzi operator məntəqəsində termodesorbsiya qurğusunda texnoloji prosesin avtomatik idarəetmə sisteminin işləmə prinsipi müşahidə edilmiş və sahənin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb. ARDNŞ-nin vitse-prezidenti Tullantıların idarə olunması sahəsində, tullantıların emalı, utilizasiyası, təkrar istifadəsi üzrə dünyada mövcud olan qabaqcıl təcrübələrin davamlı olaraq öyrənilməsi və mümkün qədər daha geniş tətbiq olunması haqda fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB