Bakı–Quba magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

Bakı–Quba magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq
ARDNŞ əhalinin nəzərinə çatdırır ki, Sumqayıt şəhəri ilə H.Z.Tağıyev qəsəbəsini birləşdirən magistral yolun yaxınlığındakı "Azərikimya" İstehsalat Birliyinə aid dəmir yolu xəttində aparılacaq təmir işləri ilə əlaqədar avqustun 26-da gecə saat 24:00-dan avqustun 27-si səhər saat 8:00-a kimi Bakı–Quba magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. SİA-nın xəbərinə görə, həmin istiqamətdə hərəkət edən sürücülərdən qeyd olunan müddət ərzində yeni Bakı–Quba yolundan istifadə etməmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə