Avqustun 26-da saat 12:00-dan 13:00-dək Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mədəniyyət sarayında "Azəriqaz" İstehsalat Birliyinin məsul işçilərinin və rayon Qaz İstismar Sahəsi rəhbərlərinin iştirakı ilə səyyar "Açıq mətbuat saatı" keçiriləcək. SİA-nın xəbərinə görə, həmin vaxt ərzində Xəzər rayonu ərazisindəki abonentlərlə canlı ünsiyyət qurulacaq, təbii qazla təminatda mövcud olan problemlər yerində araşdırılacaq və onların aradan qaldırılması üçün operativ tədbirlər görüləcək. Abonentlərdən və KİV nümayəndələrindən "Açıq mətbuat saatı"nda fəal iştirak etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB