Şəkidə “Unibank”ın filialı üçün yeni bina istifadəyə verilib

Şəkidə “Unibank”ın filialı üçün yeni bina istifadəyə verilib

Şəkidə "Unibank"ın filialı üçün yeni bina istifadəyə verilib. SİA-nın verdiyi məlumata görə, şəhər rəhbərliyi, bankın əməkdaşları və müştərilərin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən "Unibank" idarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, hazırda bankın şəbəkəsi mərkəzi ofis və 24 filialdan ibarətdir. SİA-nın xəbərinə görə, müştəri bazasının genişlənməsi ilə əlaqədar şəbəkənin də əsaslı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Bankın əsas vəzifələrindən biri də Bakı şəhərində, həmçinin Respublikanın bank xidmətinə tələbatı olan, inkişaf etmiş struktura və həcmli ehtiyatlar bazarına malik regionlarında filial şəbəkəsinin yaradılmasından ibarətdir.

İdarə heyətinin sədri bildirib ki, bankın Şəki filialının fəaliyyətinin genişlənməsi bölgənin digər rayonlarının da biznes imkanlarının artmasına gətirib çıxaracaq. Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavinləri Firon Əliyev, Zərinə Cavadova çıxış edərək bankın əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları filial əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня