Qaz Emalı Zavodunda əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərə dair iclas keçirilib

Qaz Emalı Zavodunda əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərə dair iclas keçirilib
ARDNŞ-nin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyəti, istehsalat qəzalarının başvermə səbəblərinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər daim diqqət mərkəzindədir. SİA-nın xəbərinə görə, şirkətin idarə və müəssisələrində bu istiqamətdə görülən işlərlə bağlı vaxtaşırı qabaqlayıcı tədbirlər görülür, müşavirələr keçirilir, geniş müzakirələr aparılır. Bu günlərdə Qaz Emalı Zavodunda əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərə dair yığıncaq keçirilmişdir. Zavodun direktoru Aqşin Paşayev əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər haqda ətraflı məlumat verib. Tədbirdə mümkün istehsalat qəzalarının başvermə səbəblərindən və onların aradan qaldırılması yollarından danışılmış, qarşıda duran vəzifələrin yerinə yetirilməsi yolları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə