Neftin qiymətində artım davam edir
Avqustun 25-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 0,84 dollar artaraq 110,15 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti 0,28 dollar artaraq 85,16 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə