"Qara qızıl"ın qiyməti qeyri-sabit olaraq qalır. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,86 dollar və ya 2,3 faiz artaraq 1 barelə görə 84,12 dollar təşkil edib.
ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,2 faiz azalaraq 108,36 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB