Ankarada “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda üçüncü beynəlxalq konfransı öz işinə başlayıb

Ankarada “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda üçüncü beynəlxalq konfransı öz işinə başlayıb

Bu gün Ankarada "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" mövzusunda üçüncü beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Bilkent Universitetində təşkil olunacaq tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Avqustun 24-ə kimi davam edəcək beynəlxalq konfransda idarəetmə və optimallaşdırma sahəsində əldə olunan elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyata tətbiqi məsələləri geniş müzakirə ediləcək. Dünyanın 12 ölkəsindən tanınmış alim və mütəxəssislərin qatılacağı tədbirdə mövzu üzrə 70-dək məruzə dinləniləcək.

Qeyd edək ki, "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" mövzusunda birinci və ikinci beynəlxalq konfranslar Azərbaycanda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə