Son 12 ayda pul kütləsinin həcmi 32% artıb

Son 12 ayda pul kütləsinin həcmi 32% artıb

2011-ci il iyul ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 milyard 735,4 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,7% artmışdır ki, bu da iqtisadiyyatın zəruri likvidliklə təmin edildiyini göstərir.

2011-ci il iyulun 1-nə olan pul kütləsinin 5 milyard 851,6 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 120,8 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 763 milyon manatı isə müddətli depozitlərin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə