“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 26,8 milyon ton yük və 120,1 milyon nəfər sərnişin daşınıb

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 26,8 milyon ton yük və 120,1 milyon nəfər sərnişin daşınıb
Cari ilin altı ayında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 26,8 milyon ton və ya ötən ildəkindən 7,3 faiz çox yük, 120,1 milyon nəfər və ya 7,6 faiz çox sərnişin daşınıb. SİA-nın xəbərinə görə, ünvanına göndərilmiş yüklərin 43,3 faizi avtomobil, 36,4 faizi dəmir yolu, 20,3 faizi dəniz nəqliyyatının payına düşmüş, dəniz nəqliyyatında 31,5 faiz, avtomobil nəqliyyatında 7,0 faiz artım qeydə alınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin üçdə bir hissəsini və ya 8,4 milyon tonunu tranzit yüklər təşkil etmiş və əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu yüklərin həcmi 810,1 min ton və ya 10,6 faiz artıb. Yük daşımaları fəaliyyətindən 175,6 milyon manat, sərnişin daşınmasından isə 38,2 milyon manat gəlir əldə olunmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 12,7 və 25,4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə