BFB-da birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BFB-da birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
2011-ci il 12 avqust tarixində, Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10501333S saylı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA-nın xəbərinə görə, sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 3000 000 manat təşkil edib.

Sifariş 100.00% qiymətində təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti –100.00% orta ölçülmüş qiymət –100.00% səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3000000 manat məbləğində müəyyən edilib.

İstiqrazlar üzrə faiz gəlirliyi 4% təşkil edir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 10 avqust 2012-ci ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com