Beynəlxalq enerji agentliyi 2012-ci ildə neft istehlakı proqnozunu artırıb

Beynəlxalq enerji agentliyi 2012-ci ildə neft istehlakı proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi (BEA) 2012-ci ildə dünya iqtisadiyyatında neft istehlakı proqnozlarına yenidən baxıb. SİA-nın məlumatına görə, BEA-nın dərc olunmuş aylıq məruzəsinə görə, 2012-ci ildə dünyanın neftə olan tələbatı üzrə proqnoz 70 min barrel artırılaraq sutkada 91,1 milyon barrelə çatdırılıb.

Bu artıma Yaponiyada mart zəlzələsindən, sunamidən və "Fukusima-1"AES-də baş vermiş qəzadan sonra bir sıra nüvə reaktorlarının dayanması səbəb olub.
Bununla belə, 2011-ci il üçün agentlik neft istehlakının artım proqnozunu sutkada 1,2 milyon barrelədək aşağı salıb. Beləliklə, orta sutkalıq "qara qızıl" istehlakı 89,5 milyon barrel səviyyəsinə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə