Əlibala Əlizadə tərəfindən istehsal edilən dondurmaları almayın!

Əlibala Əlizadə tərəfindən istehsal edilən dondurmaları almayın!

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 mart küçəsi, ev 14 ünvanında Əlibala Əlizadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehsal edilmiş dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin, habelə istehsal edilmiş dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektinə icrası məcburi göstəriş verilib.

SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu müəssisədə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu, həmçinin dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığını nəzərə alaraq, Əlibala Əlizadəyə dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə