ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin bir qrup dinləyici və əməkdaşı Xəzər Enerji Mərkəzində olub
ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinin ixtisasartırma qrupunun dinləyiciləri və əməkdaşları "Bp-Azərbaycan" Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Xəzər Enerji Mərkəzində olublar. SİA-nın xəbərinə görə, mərkəzin əsas missiyası Azərbaycanda vətəndaşlara ölkənin təbii sərvətləri və onlardan gündəlik həyatda istifadə olunması barədə bilik verilməsinə kömək etməkdir. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin dinləyici və əməkdaşları müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzin təlim emalatxanaları ilə tanış olub, neft və qaz sənayesinin tarixini əks etdirən maarifçilik xarakterli filmə baxıblar. Burada quraşdırılılmış müxtəlif maket və qurğular tələbələrdə xüsusi maraq yaratmış və onlar Xəzər Enerji Mərkəzindən xoş təssüratlarla ayrılıblar. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəhbərliyi tələbə və dinləyicilərin dövrün tələblərinə uyğun təhsil alması, və elmi-texniki tərəqqinin nailiyyətlərindən düzgün istifadə etməsi yönündə layihələr həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB