Bakının bəzi kənd və qəsəbələrinin qaz təchizatı dayandırılacaq

Bakının bəzi kənd və qəsəbələrinin qaz təchizatı dayandırılacaq
Aparılan təmir işləri ilə əlaqədar avqustun 12-də saat 10:00-dan etibarən "Digah" Qazpaylayıcı Stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarında qaz təchizatı dayandırılacaq. SİA-nın məlumatına görə, təmir müddətində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə, Binəqədi kəndinin bir hissəsinə, eləcə də Abşeron rayonunun Digah, Məhəmmədi, Goradil, Fatmai kəndlərinə və Fatmai bağları adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə