“Azneft” İB-də fövqəladə hadisələr zamanı fəaliyyət qaydaları və təxliyənin təşkili müzakirə olunub
Tədbiri Birliyin Baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov açaraq işçilərin təhlükəsizliyinin təmin edilməsi, qəza və təbii fəlakətlər zamanı onların sağlamlıqlarının qorunması, ziyan və itkilərin maksimum azaldılması üçün ən vacib məsələlərdən biri olduğunu və məşğələlərin bu sahədə böyük əhəmiyyət kəsb etdiyini bildirib. Metodiki məşğələ Birliyin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin mütəxəssisləri tərəfindən aparılıb. "Mülki müdafiə Haqqında" Azərbaycan Respublikasının Qanununda, Mülki müdafiə sahəsində Nazirlər Kabinetinin qərarlarında Azərbaycan Respublikası vətəndaşlarının mülki müdafiə sahəsində vəzifələri, fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hadisələrin qarşısının alınması, işçilərin mühafizəsinin və təxliyəsinin təşkilı barədə izahatlar verilib. Metodiki məşğələdə fövqəladə hadisələr zamanı işçilərin təxliyəsi əsas müzakirə mövzusundan biri olub. Tədbir iştirakçıları sonda zəlzələ və yanğın baş verdikdə təxliyənin yerinə yetirilməsi üzrə fəaliyyət qaydaları haqqında video filmə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB