“Azneft” İB-də əməyin mühafizəsinə həsr olunmuş müşavirə keçirilib
Avqustun 2-də "Azneft" İstehsalat Birliyində podratçıların fəaliyyətinin qiymətləndirilməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələlərinə həsr olunmuş geniş istehsalat müşavirəsi keçirilib. Müşavirədə Birliyin idarə və təşkılatlarında çalışan podratçı təşkilatların rəhbərləri, əməyin mühafizəsi üzrə mütəxəsislər, idarə və müəssisə rəhbərləri iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, müşavirəni giriş sözü ilə açan "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərov istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, qəzaların qarşısının alınması, əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söhbət açmış, baş vermiş bədbəxt hadisə və qəzaları doğuran səbəblərdən danışıb. Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov 2011-ci ilin altı ayı ərzində əməyin mühafizəsi və təhlükəsizliyin vəziyyəti, eləcə də bu sahədə podratçılar tərəfindən görülmüş işlər haqqında məruzə edib, risklərin qiymətləndirilməsi, idarə olunması və nəzarət tədbirlərinin həyata keçiriməsi barədə məlumat verib. Bildirilib ki, idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə tətbiq olunan "Podratçıların fəaliyyətinin qiymətləndirilməsi" forması keyfiyyətin artırılmasına, səmərəliliyin yüksəlməsinə səbəb olub. Qeyd olunmuşdur ki, öz işlərində ciddi dönüş yaratmayan, fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində qurmayan podratçı təşkilatlar işlərində nöqsanlara yol verdikləri təqdirdə onlarla bağlanılmış müqavilələrə vaxtından qabaq xitam verilə bilər. Bu səbəbdən podratçı təşkilatlar müvafiq ixtisaslara malik, sertifikatı olan kadrları işə götürməlidirlər.
Çıxış edən məruzəçilər ARDNŞ rəhbərliyi tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühütün qorunması məsələlərinə böyük önəm verildiyini bir daha vurğulamış, bu məsələlərə ciddi nəzarət olunduğunu diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB