Tovuzda 36 istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub
Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclarda istehlak edilmiş elektrik enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur.
Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür. Belə ki, cari ilin iyun ayında keçirilmiş reydlər zamanı sayğac uçot komplektində qüsur aşkar edilmiş iki istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda qeyd edilib ki, Tovuz elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı 36 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları üzrə müvafiq qaydada aktlar tərtib edilib. Həmin bu aktlar üzrə hesabatlar aparılaraq 224,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 13,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 57 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin ötən 6 ayı ərzində isə burada 300-ə yaxın qayda pozuntusu üzrə akt tərtib olunub. Aparılmış araşdırmalar nəticəsində aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 809,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 108,5 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 63 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Gədəbəy EŞ-dən əldə edilən məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 10 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 15,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 942 manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 90 faizdən çox hissəsinin ödənişi təmin edilib.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin ötən 6 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 54 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Nəticədə 161,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9,6 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 37 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB