Mingəçevir Elektrik Şəbəkəsinin xidməti ərazisində keçirilmiş reydlər zamanı 5 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını (EEİQ) pozması faktı aşkar edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq hesabat aparılmış və 15,4 min kilovatsaatdan artıq (bunun 13,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 926 manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən qisminin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 88 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib ki, bunun da 34 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 673,1 min kilovatsaata yaxın (bunun 221 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Ağdam Elektrik Şəbəkəsindən əldə edilən məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 114 istehlakçının (bunun da 100-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 248,1 min kilovatsaatdan artıq (bunun 203.2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 14,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 432 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir ki, bunun da 310 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 2 milyon 338,9 min kilovatsaata yaxın (bunun 922 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 140,3 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat dövrü ərzində həmin bu məbləğin 69 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB