Neftin qiymətində artım davam edir
İyulun 23-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin avqust fyuçerslərinə olan dəyəri 1,16 dollar qalxaraq 118,67 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, neftin bir barelinin qiyməti 0.74 dollar artaraq 99,84 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə