“Nabukko”ya iddialı Türkiyə şirkəti Azərbaycana boru ixracatını artırıb

“Nabukko”ya iddialı Türkiyə şirkəti Azərbaycana boru ixracatını artırıb

"Nabukko" layihəsinin icrasında pay sahibi olacaq Türkiyənin "Özbal Çelik Boru" şirkəti Azərbaycana boru ixracatını artırıb. SİA-nın məlumatına görə, adıçəkilən şirkətin məhsullarından Oğuz-Qəbələ su kəmərinin tikintisində istifadə olunub.

Üç qitəyə ixracat həyata keçirən "Özbal Çelik Boru" şirkətinin istehsal etdiyi borular Azərbaycan bazarında da uğurla realizə olunur.


Bunu nəzərə alan şirkət rəhbərliyi Azərbaycana və digər dövlətlərə ixracatın həcmini artırmaq qərarına gəlib.


Şirkətin rəhbəri Yücehan Öztüre mətbuata açıqlamasında bu barədə məlumat verərək, digər məqamlara da toxunub.


Onun sözlərinə görə, idarə etdiyi şirkət böyük hissəsi Türkiyənin ərazisindən keçəcək "Nabukko" layihəsini borularla təmin etmək iddiasındadır.


Y.Öztüre gələcək planları ilə əlaqədar olaraq şirkətin səhmlərinin 34,08 faizin satışa çıxaracaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня