Nazir: “Azərbaycan radio və televiziya sistemində rəqəmsal televiziyanın tətbiqi 2013-cü ilin I yarısına kimi yekunlaşacaq”
Azərbaycan radio və televiziya sistemində rəqəmsal televiziyanın tətbiqi 2013-cü ilin I yarısına kimi yekunlaşacaq. SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin bu gün keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.
Ə. Abbsovun sözlərinə görə, rəqəmsal televiziya tətbiq edildikdən sonra Azərbaycanda analoq televiziya yayımı tamamilə dayandırılacaq və bütün yayım rəqəmsal sistemlə həyata keçiriləcək.
"Hazırda əhalinin yalnız 60-%-i rəqəmsal televiziyadan istifadə etmək qabiliyyətinə malikdir. Biz bu faiz göstəricisini 100%-dək çatdırmaq niyyətindəyik. Rəqəmsal sistem tətbiq edildikdən sonra 10-12 televiziya proqramçı Azərbaycanın bütün ərazisinə yayımlanacaq",- deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB