“Azərikimya” İB-də Ulu öndər Heydər Əliyevin Buxar-generator kompleksinin təntənəli açılış mərasimində iştirakının 10 illiyi qeyd olunub

“Azərikimya” İB-də Ulu öndər Heydər Əliyevin Buxar-generator kompleksinin təntənəli açılış mərasimində iştirakının 10 illiyi qeyd olunub
İyulun 7-də ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanın neft-kimya sənayesində mühüm əhəmiyyətə malik Buxar-generator kompleksinin istismara buraxılmasının 10-cu ildönümünə həsr edilmiş geniş tədbir keçirilib.

SİA-nın xəbərinə görə, tədbir iştirakçıları vaxtilə Ulu öndər Heydər Əliyevin çox çətin bir dövrdə "Azərikimya" üçün müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə ümumi dəyəri 95 milyon dollardan artıq olan Buxar-generator kompleksinin hazırlanıb-inşa edilməsinə göstərdiyi xüsusi diqqət və qayğıdan minnətdarlıqla söhbət açıblar. Bildirilib ki, ümummilli lider 1999-cu il martın 24-də kimyaçılarla birgə böyük bir həvəslə yeni qurğunun təməlqoyma mərasimində iştirak edib, iki il sonra - 2001-ci il iyulun 7-də böyük bir sevinc və qürurla onun təntənəli açılışına qatılıb, Sumqayıt kimyaçılarına müstəqil Azərbaycanın iqtisadiyyatının daha da möhkəmləndirilməsində uğurlar diləyərək, kimya sənayesini elektrik və istilik enerjisi ilə tam təmin etməyə qadir olan bu müasir və unikal enerji qurğusunun qırmızı lentini kəsərək, kompleksin "start" düyməsini basmaqla onu işə salıb.

Tədbirdə qeyd olunub ki, ötən əsrin 90-cı illərində özünün böhran dövrünü yaşayan neft-kimya kompleksi elektrik və istilik enerjisinin təminatında yaranan boşdayanmalar və qəzalar ucbatından böyük tənəzzülə doğru getdiyi bir zamanda Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi kimya sənayesini düşdüyü ağır bəladan xilas edib. Əgər Ulu öndərin təşəbbüsü əsasında Buxar-generator kompleksi məhz həmin dövrdə inşa edilməsəydi, Azərbaycanın neft-kimya sənayesi tam iflic vəziyyətinə düşər və bu gün onun varlığından danışmaq belə mümkün olmazdı. Mərasimdə kimyaçı əməyinə daim yüksək qiymət verən Ulu öndərin 10 il əvvəl "Azərikimya"nın kollektivi ilə son görüşü böyük ehtiramla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com