Bu gün 56-cı "Eurovision" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal "Nar Mobile" ticarət nişanını təmsil etmələri ilə bağlı "Azərfon" MMC ilə eksklüziv müqavilə imzalayıblar. SİA-nın məlumatına görə, "Azərfon" MMC-nin Kommersiya məsələləri üzrə baş müdiri Stefan Teyssedrin sözlərinə görə, Azərbaycan gənclərinin simvoluna çevrilən Eldar və Nigar 1 il ərzində "Azərfon" şirkətinin siması olaraq hər yerdə onu təmsil edəcəklər.
"Azerfon" şirkətinin Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru İlqar İbrahimli isə ölkənin ən gənc mobil operatoru kimi "Nar Mobile" üçün bu əməkdaşlığın uğurlu və müvəffəqiyyətli olacağına inandığını deyib: "Eldar və Nigarın niyə məhz "Azerfon" seçmələrinə gəlincə bu "Nar Mobile"-nin dinamik şirkət olması ilə əlaqədardır. Həm Eldar və Nigar, həm də "Azərfon" dinamik inkişafda olduğu üçün seçim "Azerfon" şirkəti oldu. Bu layihə hər iki tərəf üçün çox əhəmiyyətlidir və bundan sonra "Azərfon"un bütün layihələrində onlar iştirak edəcəklər".
Eldar və Nigarla "Azerfon" arasında imzalanan bir illik müqavilənin dəyəri ilə bağlı suallar isə cavabsız qalıb. Hər iki tərəf bunun kommersiya sirri olduğunu bildirərək vasaiti açıqlamaq istəmədilərini deyiblər.
Tədbirin sonunda Eldar və Nigarın "Nar Mobile" üçün çəkildiyi ilk reklam çarxı nümayiş olunub.
Mirvari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB