Qubad İbadoğlu BMT-nin qapalı toplantısında iştirak edib

Qubad İbadoğlu BMT-nin qapalı toplantısında iştirak edib

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının əlaqələndiricisi Qubad İbadoğlu BMT-nin dəvəti ilə iyunun 22-26-da Cenevrədə səfərdə olub. Səfərin məqsədi Azərbaycan vətəndaş cəmiyyətinin hazırladığı alternativ hesabatın müzakirəsində iştirak etmək və bununla əlaqədar olaraq daimi komitə üzvlərinin suallarını cavablandırmaq olub. Tədbirdə Azərbaycan vətəndaş çəmiyyətini həmçinin Uşaq Hüquqlariı üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov, Alyansın İdarə Heyətinin sədri Nazir Quliyev, "Müşfiq" adına Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyinin sədri Validə Abbasova və "Dan" Beynəlmiləlçi Gənclər Birliyinin sədri Gülarə Teymurova təmsil edib.


Səfərıin birinci hissəsi QHT Forumunda iştirakla yekunlaşıb. Növbəti hissəsində isə BMT-nin qərargahında keçirilən toplantıda Qubad İbadoğlu həmkarları ilə birlikdə BMT-nin daimi komitə üzvlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycandakı vəziyyətlə əlaqədar suallarını cavablandırıb. Suallar əsasən neft gəlirlərinin idarə olunması, büdcə xərclərinin bölüşdürülməsi, yoxsulluğun səviyyəsi və yaşayış standartları ilə əlaqədar olub. Q.İbadoğlu həmkarları ilə birlikdə tədbir iştirakçılarının bu və digər istiqamətlərdə çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə