Beynəlxalq Tənzimləyici Bankı faiz dərəcələrinin bu qədər aşağı olmasının inflyasiyaya səbəb ola biləcəyini xəbərdarlıq edir. SİA-nın xəbərinə görə, bankın ehtiyat etməsinə səbəb isə inkişaf etməkdə olan ölkələrin artan borcu və onların bu borcu ödəyə bilməməsidir və bu 2008-ci il böhranını yenidən yaşamağa zəmin yaradır.
ICB(International Clearinq Bank) açıqlamasında faiz dərəcələrinin aşağı olmasının maliyyə stabilliyinin saxlanılmasına da mane olduğunu bildirib. Quruma görə, borclanma və maliyyənin aşağı düşməsi kreditin verilməsində və əmlak alqı-satqısı bazarında partlamaya səbəb olur.
Dünyanın hər yerində 2008-ci maliyyə böhranından sonra bütün mərkəzi banklar inkişafın yolunu faiz dərəcələrini aşağı salmaqda gördü ki, bunu özü də bu gün maliyyə stabilliyini qorumağa imkan vermir.
Aşağı faizlə və uzun müddətə verilən kreditlər, artım əvəzinə inkişaf etməkdə olan ölkələrdə maliyyə vəziyyətini pisləşməsinə gətirib çıxardı.
ICB-yə görə mərkəzi banklar inflyasiya təzyiqini nəzarətə almaq üçün qlobal maliyyə siyasəti barəsində yeni siyasət xətti seçməlidirlər. Bundan əlavə ICB inkişaf etməkdə olan ölkələrdə əmlak alqı-satqısı bazarındakı qiymətlərin sürətli artımıdan və özəl sektorların borclanmasının artmasından narahatlığını bildirib. Xatırladaq ki, ICB-yə görə inkişaf etməkdə olan ölkələrdə yaranan bu maliyyə vəziyyəti 2008-ci ildə inkişaf etmiş ölkələrdə də yaşanmışdı və bank indi inkişaf etməkdə olan ölkələrə həmIN vəziyyətə düşməməsi üçün xəbərdarlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB