Çində mart ayından bəri kömür şaxtalarında yaşanan problem, quraqlıq Şanxay şəhərində bəzən elektrik kəsintilərinə səbəb olurdu. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şanxayda temperaturun müsbət 37 dərəcəyə çatması şəhər həyatını iflic vəziyyətinə salıb. Elektrik enerjisinin kəsintiləri əksərən Şanxayda iş yerləri və dükanalarda müəyyən problemlər yaradıb. Onu da xatırladaq ki, Çində elektrik enerjisi ehtiyatlarının 80%-ni termik stansiyalar təmin edir. Quraqlıq səbəbi ilə çayalarda və su anbarlarında qurumaların baş verməsi Şanxay şəhərinin hidro enerji ilə də təminatına əngəllər törədir. Bundan əlavə xatırladaq ki, Çinin başqa şəhərləri də məlum səbəblərdən elektriksiz qala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB