Haqsız rəqabət hallarının qarşısı alınır

Haqsız rəqabət hallarının qarşısı alınır

Məlumat verildiyi kimi, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şərq hissəsi, ev 60 ünvanında Qadir Mustafayevə məxsus istehsalat sahəsində \"Şəki halvası\"nın və nabat şirniyyatının müvafiq reseptura olmadan istehsal edilməsi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. SİA-nın məlumatına görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və \"Haqsız rəqabət haqqında\" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Qadir Mustafayevə 750 manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə