Son 12 ayda pul kütləsinin həcmi 29% artıb

Son 12 ayda pul kütləsinin həcmi 29% artıb

2011-ci il may ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 milyard 176,4 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% artıb.

2011-ci il mayın 1-nə olan pul kütləsinin 5 milyard 457,8 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 256,4 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 462,2 milyon manatı isə müddətli depozitlərin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə