Əli Məsimli: “Azərbaycanın regionda nə qədər güclü dövlət olmasını nümayiş etdirmək üçün belə bir sərgilərin keçirilməsi vacibdir”
"Müsbət haldır ki, hər il Beynəlxalq Xəzər Neft, Qaz, Neft Emalı, Neft Kimyası sərgisində yeni dövlətlər iştirak edir. Ötən il ilə müqayisədə bu il sərginin daha təmtaraqlı və möhtəşəm keçirilməsi istiqamətində addımlar atılıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli bildirib. Onun sözlərinə görə, sərgidə yerli şirkətlərin iştirak faizi durmadan artır. Belə ki, bu il onlar ümumilikdə sərgi iştirakçılarının 38 faizini təşkil edibər. İştirakçılar tərəfindən nəzərədə tutulan sərgi sahələrin sayı ötən illə müqayisədə 25 faiz çoxdur: "Xəzər Neft-Qaz sərgisinin təşkil olunması və orada dünyanın 27 ölkəsindən 285 şirkətin iştirak etməsi dünya dövlətlərinin Azərbaycana olan münasibətdir. Digər tərəfdən isə sərginin təşkil olunması Azərbaycanın beynəlxalq aləmdə mövcud olan imicinə çox müsbət təsir etməsidir. Başqa vacib məsələ ondan ibarətdir ki, sərgi ilə yanaşı aparıcı dövlətlərin rəhbərlərinin nümayəndələri Azərbaycana gəlir. Bu da öz növbəsində mövcud olan münasibətlərdə yarana biləcək problemlərin aradan qaldırlımasında və tezliklə həllinə müsbət təsir göstərə bilər".
Azərbaycanın "Nabucco" layihəsi ilə bağlı özünəməxsus yanaşması var. İqtisadçı millət vəkili bildirib ki, rəsmi Bakı layihədə iki məsələnin həllində maraqlıdır: "Birincisi layihənin reallaşması həddindən artıq gecikir. Yubanmada digər alternativ layihələrin çəkisinin artmasına münbit şərait yaradır. Məsələn, Rusiyanın "Cənub axını" layihəsi. Eyni zamanda Azərbaycan tranzit, qiymətləndirmə məsələlərin həllinin sürətləndirilməsində maraqlıdır. Ümumilikdə götürdükdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir sahəni dünyaya daha da tanıtmaq, Azərbaycanın regionda nə qədər güclü dövlət olmasını nümayiş etdirmək üçün belə bir sərgilərin keçirilməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB