18-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinə həsr olunmuş konfrans keçirilib
Bu gün Hyatt Regency Hoteldə 18-ci Beynəlxalq Neft və Qaz Sərgisinə həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqı Enerji Komissarı Günter Öttinger, ABŞ-ın Avrasiya Enerji Məsələləri Üzrə Xüsusi Nümayəndəsi Riçard Morninqstar, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, Norveçin xarici işlər nazirinin müavini Espen Bart Ayde və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qonaqları və tədbir iştirakçılarını salamalayıb və bildirib ki, Xəzərdə beynəlxalq əməkdaşlığın təməli 1994-cü ildə 11 transmilli şirkətlə tərəfindən o zamanda çətin daxili və xarici təzyiqlərə baxmayaraq qoyulub: \"Sonradan əsrin müqaviləsi adlanan bu müqavilə Ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. Məhz bundan sonra Azərbaycan enerji sahəsində günü-gündən yüksəlməyə başladı. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üçün öz töhfəsini verməyə hazırdır. Bu yöndə həyata keçirilən tədbirlər buna sübutdur\".
ARDNŞ prezidenti bildirib ki, bu gün Azərbaycanda gündəlik neft hasilatı 1 mln barelə çatdırılıb. Onun sözlərinə görə, 1999-cu ildə kəşf olunmuş "Şahdəniz" yatağı bu günə qədər kəşf olunmuş ən böyük qaz yatağıdır. Bu yataqda 1.2 mlrd kub qazın olduğunu deyən R.Abdullayev əlavə edib ki, "Şahdəniz" yatağının kəş olunması Azərbaycanı qaz idxalatçısından qaz ixracatçısına çevirib, ölkənin daxili tələbatını ödəməyə imkan yaradıb: \"Bu gün "Şahdəniz" yatağında emal olunan 6.9 mln kubmetr qazın 1.8 mln kub metri daxili tələbatın ödənməsinə, qalanı isə Gürcüstan və Türkiyəyə ixrac olunmasına sərf olunur. Bu ixrac "Bakı-Ərzurum-Qars" kəməri ilə təchiz olunur. Azərbaycanda 10 mlrd ton karbohidrogen ehtiyatı olan yataqlar istismara verilib. Qazanılan uğurlar bizim bu sahədəki infrastrukturumuzu möhkəmlətməyə imkan verir. SOCAR 2009-cu ildə öz imkanları hesabına Xəzər dənizində kəşfiyyat aparıb və bunu müsbət nəticəsini də artıq görmüşük. "Ümid" yatağında 40 mlrd kondesat və 200 mlrd qaz ehtiyatı var".
Bundan başqa Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev onu da vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etməyə hazırdır. "2020-ci ilə qədər Azərbaycan Avropanın 70%-ni, 2030-cu ilə qədər isə 80%-ni enerji ilə təmin eləmək iqtidarında olacaq".
Bundan başqa ARDNŞ-nin prezidenti Bakı-Novosibirski və Bakı-Subsa kəmərlərindən illik 6 mln ton neft ixrac olunduğunu qeyd edib. O bu göstəricinin Bakı-Tiflis-Ceyhan xəttində 60 mln ton olduğunu bildirib.
"Bu gün Azərbaycanın neft və neft məhsulları 33 ölkəyə ixrac olunur və qonşu Gürcüstanda SOCAR neft bazarının 50%-ni neftlə təmin edir. Gürcüstanın 30 rayonun qaz distribüterlərini SOCAR neftlə təmin edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB