Bakıda Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgi və konfransı öz işinə başlayıb - FOTOSESSIYA
Bu gün 18-ci Beynəlxalq "Xəzər neft və qaz, neftayırma və kimyası" sərgi və konfransı və 1-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışı mərasimi baş tutub. SİA-nın xəbərinə görə, bu il Xəzər Neft-Qaz sərgisində dünyanın 27 ölkəsindən 285 şirkət iştirak edir və bu iştirakçılar arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları vardır. Yerli şirkətlər ümumilikdə sərgi iştirakçılarının 38 faizini təşkil edib. İştirakçılar tərəfindən nəzərədə tutulan sərgi sahələrin sayı ötən il ilə müqayisədə 25 faiz çoxdur. Xəzər Neft-Qaz sərgisinin debütant şirkətləri isə eksponentlərin ümumi sayının 12 faizini təşkil edir.
Eyni zamanda sərginin ekspozisiyası "Bakı Ekspo" kompleksinin 2 pavilyonunu əhatə edib və ən yeni neft-qaz avadanlıqlarını, habelə neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirməklə yanaşı, Azərbaycan ərazisində həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft və qaz layihələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB