Hüseyn Bağırov: “Məişət tullantılarının təkrar istehsalı indiki şəraitdə özəl biznes üçün sərfəli deyil”

Hüseyn Bağırov: “Məişət tullantılarının təkrar istehsalı indiki şəraitdə özəl biznes üçün sərfəli deyil”

"Məişət tullantılarının təkrar istehsalı indiki şəraitdə özəl biznes üçün sərfəli deyil. Özəl biznes o zaman fəaliyyət göstərir ki, gəlir götürə bilsin". SİA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Nazir onu da vurğulayıb ki, özəl şirkətlər çeşidlədikləri zibilləri Zibil Emalı Zavoduna təhvil verib, gəlir götürə bilərlər: "Balaxanıda tikiləcək Zibil Emalı Zavodunda zibil çeşidləmə müəssisələrinin tikilməsi nəzərdə tutulur. Özəl şirkətlər çeşidlərə ayrılan zibilləri həmin zavoda təqdim edərək, həm gəlir qazana bilərlər, həm də ətraf mühitin tullantılardan azad olunmasına kömək edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə