“Azərikimya”da əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri diqqətdə saxlanılır

“Azərikimya”da əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri diqqətdə saxlanılır
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları, eləcə də zavodların istehsalat, sex rəhbərləri, növbə rəisləri və ustaların iştirakı ilə əməyin mühafizəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. SİA-nın şirkətin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, tədbirlərdə əməyin mühafizə sisteminin təkmilləşdirilməsi məqsədilə müəssisələrdə görülən işlər haqda ətraflı məlumat verilmiş, öz mürəkkəbliyi ilə seçilən və ehtiyatlı davranış tələb edən qurğulara xidmət edən personalın əməl etməli olduğu texniki təhlükəsizlik qaydalarından danışılmış, bu istiqamətdə mövcud vəziyyət müzakirə olunub. Tədbirlərdə müasir sənayedə, o cümlədən kimya istehsalatında əməyin mühafizəsi və təhlükəsizliyin təmin olunmasına verilən yeni tələblər və şərtlər haqqında ətraflı söhbət aparılmış, bununla bağlı müvafiq video-süjetlər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə