7000 litrdən artıq keyfiyyətsiz sərinləşdirici içki məhv edilib
Məlumat verildiyi kimi, müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş sərinləşdirici içkilərin məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu məhsulların istehsalçıları Məhərrəm Nəsibova, Mahal Yusifova və İzayət İsmayılova icrası məcburi göstəriş verilib. SİA-nın qurumun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 7152 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən Məhərrəm Nəsibov, Mahal Yusifov və İzayət İsmayılov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB