Ziyad Səmədzadə: “Yaxın vaxtlarda ölkəyə idxal edilən bəzi məhsullar ƏDV-dən azad ediləcək”
Azərbaycana idxal edilən bəzi əhəmiyyətli məhsullar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, ölkəyə gətirilən avadanlıq və ya texnologiya yeni rəqabətədavamlı məhsulun istehsalına yönələcəksə, ƏDV-nin ləğvinə getmək olar: "Daxili bazarı qorumaq məqsədi ilə bəzi məhsullara ƏDV-nin tətbiqinə yenidən baxılmalıdır. Bir çox ölkələrdən ağır xəstələr üçün gətirilən dərmanları da ƏDV-dən azad etmək olar\".
Ziyad Səmədzadə bildirib ki, ölkəyə idxal olunan elə məhsullar ƏDV-dən azad edilir ki, belə məhsullar respublikada istehsal olunur: "Belə məhsulların ƏDV-dən azad edilməsini qeyri-məqbul hesab edirəm. Əgər biz milli iqtisadiyyatın qorunmasına xidmət göstərən müssisələrin uğurlu fəaliyyətini təmin etmək istəyiriksə, ölkəyə idxal olunan məhsulların ƏDV-dən azad olunması məsələsinə yenidən baxılmalıdır. Hazırda məsələ ilə bağlı müvafiq nazirliklərə və dövlət qurumlarına müraciət olunub, araşdırma aparılır. Ümid edirəm ki, yaxın vaxtlarda müvafiq qərar qəbul olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB