Bu il avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,1 bənd təşkil edib. Bu barədə SİA-ya Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəlinə nisbətən 2,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3 bənd çoxdur.
Avqustun 1-nə manatın real effektiv məzənnəsi isə 119,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd, ilin əvvəlinə nisbətən 2bənd, illik müqayisədə isə 3 bənd azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB