Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib. SİA xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Sahibkarlarımızı Qarabağın bərpasında və dirçəldilməsində fəal iştiraka görə "Tərəqqi" medalı ilə təltif edilmələri münasibətilə təbrik edirik. Onlar öz mənafeyini düşünmədən, Qarabağın gələcəyinə inanaraq işğaldan azad edilmiş torpaqlarımızda ilk biznes quranlardan oldular və nümunə yaratdılar. Hər birinizə bunun üçün təşəkkürümüzü bildirir və işlərində uğurlar diləyirik", - M. Cabbarov qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə