“Ölkəmizin inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur“ - Muxtar Babayev

“Bu Forum, tullantıların dəyərə çevrilməsi və dayanıqlı gələcək üçün atılacaq addımların müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. İnanıram ki, burada aparılacaq müzakirələr və fikir mübadilələri, bu sahədəki problemlərin həlli yolunda əhəmiyyətli töhfələr verəcək”. SİA xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

“Ölkəmizin inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Resurslara tələbat artmaqda davam etdikcə və təbii ehtiyatlar tükənmək təhlükəsi ilə üzləşdikcə, dairəvi iqtisadiyyata keçid daha da böyük önəm kəsb edir. Azərbaycanda gələcəyə baxış dairəvi iqtisadiyyat prinsiplərini milli strategiyalarımıza inteqrasiya etməyə, innovasiyaları dəstəkləməyə və resursların səmərəliliyini artırmağa yönəlmişdir. Bunu etməklə biz yalnız təbii sərvətlərimizi qorumuruq, həm də iqtisadi imkanlar yaradırıq və dayanıqlı bir gələcəyi təmin edirik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə