“Tullantıları artırmaq əvəzinə yeni materiallara çevirə bilərik” - İnqer Anderson

“Qarşımızda tullantıların emalı kimi çətin məsələ var. Təbii ki, bu ətraf-mühit üçün böyük bir risk yaradır. Bu tullantıların 30%-i bizim təbiətə yayılır və yandırılır”. SİA xəbər verir ki, bu sözləri BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Anderson deyib

O bildirib ki, dünyada böhranlar artmaqdadır: “Tullantılar isə artmaq əvəzinə yeni materiallar kimi istifadə oluna bilər. Ümid edirəm ki, metan emissiyaların 30%-ə qədər azaldılmasını birlikdə qeyd edəcəyik”.

“Aydın görünür ki, biz artıq yeni üfüqlərə yönəlməliyik. Yeni üfüqlər fonunda dairəvi iqtisadiyyata keçid etməliyik. “Sıfır tullantı” metodundan istifadə etməliyik. Tullantıları yeni dəyər kimi qəbul etməliyik. Türkiyə Respublikası bu istiqamətdə liderlik edir. Digər ölkələrin də bu təcrübələrdən istifadəcəyinə ümid edirik”,- deyə İ.Anderson əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə