"Brent" markalı neftin qiyməti 86 dolları ötdü

"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında iyunun 21-dən bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb. SİA xəbər verir ki, birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 1,51 faiz artaraq 86,01 dollar/barel təşkil edib. Eyni zamanda, "WTI" markalı xam neftin avqust ayı üçün fyuçersləri 1,17 faiz bahalaşaraq bir barel üçün 81,59 dollara yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə