COP29 sədrliyi Londonda iqlim həftəsində iştirak edir - FOTOLAR

COP29 sədrliyi Londonda iqlim həftəsində iştirak edir. SİA xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bizi Londonda iqlim həftəsinə dəvət etdiyi üçün Londonun lord merinə təşəkkür edirik. Biz daha “yaşıl dünya” üçün həmrəylik içində çalışaraq qarşıda məhsuldar bir həftə gözləyirik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə