“Enerji keçidi COP gündəliyi daxilində ikinci ən vacib məsələdir” - NAZİR MÜAVİNİ
“Azərbaycan ənənəvi enerji ölkəsidir və bu barədə deyiləcək çox sözü var. Düşünürəm ki, enerji istehsalçılarının deyəcəyi məqamlar çoxdur”. SİA xəbər verir ki, bu sözləri Bakı Enerji Həftəsinin II günündə energetika nazirinin müavini Orxan Zehnalov deyib.
O qeyd edib ki, enerji keçidi COP gündəliyi daxilində ikinci ən vacib məsələdir: “Hər bir COP-un bir növ davamlılıq siyasəti var və bunu həyata keçirməyə çalışırıq. Çünki COP enerji keçidinə hazırlıq mərhələsinin təməl daşıdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB